Ərzaq təhlükəsizliyi təmin ediləcək

Ərzaq təhlükəsizliyi təmin ediləcək
  24 Aprel 2013    Oxunub:1753
“Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsi həll olunacaq”.
Azvision.az xəbər verir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bunu jurnalistlərə açıqlamasında bildirib.

Belə ki, Azərbaycanda iri taxılçılıq təsərrüfatları yaradılacaq. Məqsəd ərzaq təhlükəsizliyini təmin etməkdir.

Q. Məmmədov bu məqsədlə 200-300 min hektar torpaq sahəsi ayrıldığını bildirib. Onun sözlərinə görə, birinci mərhələ olaraq Ağcabədi və Beyləqan rayonları ərazisində 4800 ha torpaq sahəsi ayrılıb.

Komitə sədri qeyd edib ki, bununla bağlı artıq tender elan olunub. Burada əsasən müasir meliorasiya və irriqasiya, aqrotexnika, aqrokimya tətbiq edilməklə hər hektardan 50-55 sentner məhsul almaq nəzərdə tutulur:

“Bununla da Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsi həll olunacaq. Azərbaycanda torpaqların 40 faizi şoranlaşmaya məruz qalıb, Kür-Araz ovalığında şoranlaşma daha çox müşahidə olunur. Burada 2,3 milyon ha torpaq sahəsinin təxminən 30 faizi müxtəlif dərəcədə şoranlaşıb”.



Teqlər:





Xəbər lenti