Sumqayıta daha çox yağdı

Sumqayıta daha çox yağdı
  24 Aprel 2013    Oxunub:1520
Ən çox yağıntı Bakı və Abşeron yarımadasında qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, gözlənildiyi kimi aprelin, 23-ü axşamdan 24-ü səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağıntılar şimal və şərq rayonlarında intensiv olub.

Ən çox düşən yağıntının miqdarı Bakı və Abşeron yarımadasında qeydə alınıb.

Ən çox düşən yağıntının miqdarı Sumqayıtda 30 mm (aylıq normanın 130 faizi), Bakıda 26 mm (aylıq normanın 113 faizi), Maştağada 23 mm (aylıq normanın 25 faizi), Pirallahıda 16 mm (aylıq normanın 82 faizi), Çilov adasında 16 mm (aylıq normanın 89 faizi), Qubada 37 mm (aylıq normanın 77 faizi), Altıağacda 18 mm, Xaçmazda 17 mm, digər rayonlarda isə 1-13 mm olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti