Səsyazmada dispetçerin helikopter ekipajından sərnişin təyyarəsini görüb-görmədiklərini soruşması əks olunub. Sonra isə pilotlara təyyarəni ötürüb onun ardınca uçmağı əmr edilir. Bundan sonra operatorun ah-naləsi eşidilir və nəzarət qülləsi səmada baş verənlərlə bağlı digər təyyarənin pilotunu xəbərdar edir.
Təyyarə qəzasından sonra çaydan 19 cəsəd çıxarılıb - VİDEO |
Xatırladaq ki, Vaşinqtonda gecə uçuş-enmə zolağına yaxınlaşan sərnişin təyyarəsi “Black Hawk” helikopteri ilə toqquşub.
Qəzadan sonra təyyarə hava limanının yaxınlığında olan Potomak çayına düşüb. Məlumata əsasən, qəzaya uğrayan təyyarə Kanzas ştatının Viçita şəhərindən uçuş həyata keçirib. Reyqan hava limanında bütün uçuşlar və enişlər dayandırılıb. Vaşinqton polisinin bildirdiyinə görə, hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılır.
“American Airlines” Reyqan hava limanı yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvünün olduğunu açıqlayıb.
Xarici KİV artıq çaydan 19 cəsədin çıxarılmasını yazıb.
Tural Tağıyev
AzVision.az