Yağışa görə sürücülərə xəbərdarlıq

  21 Aprel 2013    Oxunub : 586
Yağışa görə sürücülərə xəbərdarlıq
Bakı yol polisi qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, yağışlı hava şəraiti hələlik paytaxt küçələrində tıxac yaratmayıb.

AzVision.az xəbər verir ki, bölmə rəisi yenə də sürücülərə avtomobili yüksək sürətlə idarə etməməyi, şüşəsiləni işlək olmayan avtomobillərlə yol hərəkətində iştirak etməməyi, ətrafdakıları yağış suları ilə islatmamağı tövsiyə edir.

Teqlər: