Mask ən varlı adam titulunu itirdi

Mask ən varlı adam titulunu itirdi
  05 Mart 2024    Oxunub:919
İlon Mask dünyanın ən varlı adamı titulunu itirb. İndi "Amazon"un qurucusu Ceff Bezos birinci yerdədir.
AzVision.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Maskın hazırkı sərvəti 197,7, Bezosun isə 200,3 milyard dollar təşkil edir. "Amazon"un qurucusu sonuncu dəfə 2021-ci ildə ən varlı adam tituluna sahib olub.

Bir vaxtlar Mask və Bezos arasında 142 milyard dollarlıq heyrətamiz sərvət fərqi yaranmışdı. Sonradan "Amazon" və "Tesla" səhmlərinin əks istiqamətdə hərəkət etməsi ilə bu rəqəm dəyişdi. "Amazon" səhmləri 2022-ci ilin sonundan bəri iki dəfədən çox artsa da, "Tesla" səhmləri 2021-ci ildəki zirvəsindən təxminən 50% aşağı düşüb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Varlı   Mask  





Xəbər lenti