Lukaşenko: “Mən Bakının mesajlarını İrəvana çatdırırdım”

   Lukaşenko:    “Mən Bakının mesajlarını İrəvana çatdırırdım”
  26 Fevral 2024    Oxunub:889
Belarus prezidenti Aleksandr Lukaşenko seçkilərdə səs verdikdən sonra jurnalistlərin suallarını cavablandırarkən vaxtı ilə Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla həlli istiqamətində Bakı ilə İrəvan arasında vasitəçi rolunu oynadığını söyləyib.
AzVision.az “BelTA” agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, Lukaşenkonun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə il ərzində nəinki sülh yolu ilə nizamlanmaya çağırırdı, hətta erməni tərəfinə maliyyə dəstəyi də təklif edirdi.

“Mən özüm qeyri-iradi vasitəçi oldum - Bakıdan İrəvana getdim və bu siqnalları verdim. Ermənistan iqtisadiyyatına milyardlarla dollara qədər investisiya yatırımına qədər təkliflər var idi. Azərbaycan zəngin ölkədir. Bu məsələnin sülh yolu ilə həlli üçün çoxlu təkliflər olub” , - Belarus prezidenti deyib.

Buna baxmayaraq, Ermənistanın əvvəlki rəhbərliyi sülh yolu ilə nizamlanmaya razı olmadı və problemli məsələlər yığılıb qaldı. Bütün bunlar Nikol Paşinyanın, onun hökumətinin üzərinə yığılıb və çöküb. Lukaşenko bildirib ki, baş verənlərə görə əslində Paşinyanın günahı azdır. Amma bu problemi həll etmək lazım idi. Üstəlik, Ermənistanın işğal etdiyi Azərbaycan rayonları səhra idi. Ən gözəl yerdə, insanların yaşaya biləcəyi isti, rahat yerdə səhralıq yaranmşıdı. Bir milyondan artıq azərbaycanlı qaçqın və bir çox başqa problemlər Azərbaycan üçün böyük yük idi.

- Axır ki, döyşdülər. Bizim mövqeyimiz necə olmalı idi. Ermənilər bizim yaxınımızdırlar, bizə yaxın adamlardırlar. Bəs Azərbaycan necə, yaddır? Ona görə də bu vəziyyətə düşdük. KTMT-nin bu münaqişəyə girməsi üçün axı heç bir səbəb yox idi” , - Lukaşenko vurğulayıb.

O, bu mövzunun bir neçə dəfə müzakirə edildiyini və KTMT-nin bütün üzvlərin üçün Azərbaycanın yad ölkə olmadığını söyləyib. KTMT-də çoxlu müsəlman ölkələri var. Bunu ermənilər də də başa düşür.

“Belə mövqe qismən bununla bağlıdır. Ermənistan bizim Ermənistanla Azərbaycan arasında müharibəyə qarışmağımızı istəyirdi? Beləliklə, bu müharibə hələ də davam edəcəkdi və minlərlə insan həlak olacaqdı. Hesab edirəm ki, Azərbaycan və Ermənistan, təəssüf ki, müharibə yolu ilə sonda məsələnin düzgün həllinə gəliblər. Ermənistan (onlar bunu etiraf etdilər) Azərbaycanın beş-altı rayonunu işğal etmişdi” , - Belarus prezidenti deyib.

Ermənistanın Fransa ilə əlaqələri möhkəmləndirilməsini də şərh edən Lukaşenko İrəvanı qəflət yuxusundan ayılmağa çağırıb.

- Onlar daim orada, Fransada Emmanuel Makronla ünsiyyət aparırlar. Bəyanatlar verilir: Fransa hava hücumundan müdafiə sistemləri, hərbi sahədə və iqtisadiyyatda kömək edəcək. Ümumiyyətlə, İrəvanı çiyninə alıb daşıyacaq. Heç kim heç kimi aparmayacaq. Fransada baş verənləri görürsünüz. Ona görə də İrəvandakı siyasətçilər ayılmalı və insanların dediyi kimi, sahib olduqlarını itirməməlidirlər”, - Belarus rəhbəri ermənilərə öyüd-nəsihət verib.

Necə deyərlər, yetiməö gəl-gəl deyən çox olar, çörək verən isə az. Amma orası da var ki, erməni etnofundamentalistləri heç verilən çörəyin qədir-qiymətini də bilmirlər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Lukaşenko   Azərbaycan   Ermənistan  





Xəbər lenti