Türkiyədə zəlzələlərlə bağlı 3 min şəxsə qarşı iş qaldırılıb

   Türkiyədə zəlzələlərlə bağlı 3 min şəxsə qarşı iş qaldırılıb
  03 Fevral 2024    Oxunub:1155
Türkiyədə 6 fevral zəlzələlərinin baş verdiyi ərazidə dağılan və ya tikinti normalarına zidd dəyişdirilən binalarla bağlı aparılan araşdırmalarda 2825 şübhəli haqqında cinayət işi açılıb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç "X" hesabında yazıb.

Onun sözlərinə görə, həmin şəxslərdən 267-si haqqında həbs-qətimkan tədbiri seçilib.

"984-nü haqqında isə məhkəmə nəzarəti qərarı çıxarılıb", - nazir vurğulayıb.

AzVision.az


Teqlər: Türkiyə   zəlzələ   cinayət  





Xəbər lenti