ABŞ Yaxın Şərqdə hərbi əməliyyatlara başladı

   ABŞ Yaxın Şərqdə hərbi əməliyyatlara başladı
  03 Fevral 2024    Oxunub:1270
ABŞ-nin silahlı qüvvələri İraq və Suriyada 85-dən çox hədəfə hücum edib.

Bu, İordaniyadakı Amerika bazasına pilotsuz təyyarə hücumuna cavab olub. Zərbələr pilotsuz təyyarələrlə komanda-nəzarət məntəqələrinə, kəşfiyyat mərkəzlərinə və anbarlara endirilib.

Pentaqon rəhbəri Lloyd Ostin bildirib ki, ABŞ-nin İordaniyadakı bazasına hücumundan sonra İraq və Suriyadakı hədəflərə zərbələr endirməsi cavab tədbirlərinin yalnız başlanğıcıdır..

Bu arada ABŞ Prezidenti Cozef Bayden Yaxın Şərqdə İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) və onlarla əlaqəli silahlılara qarşı hərbi əməliyyata başladığını elan edib.

"Bu gün günortadan sonra, mənim göstərişimlə ABŞ qüvvələri İraq və Suriyada Sepah və onunla əlaqəli silahlıların ABŞ qüvvələrinə hücum üçün istifadə etdiyi hədəflərə zərbələr endiriblər. Cavabımız bu gün başlayıb. Bu, istədiyimiz vaxt, istədiyimiz yerdə davam edəcək", - bəyanatda deyilir.

AzVision.az


Teqlər:





Xəbər lenti