Hakan Fidan Bolqarıstana səfər edib

   Hakan Fidan Bolqarıstana səfər edib
  31 Yanvar 2024    Oxunub:1057
Türkiyənin xarici işlər naziri Hakan Fidan bolqar həmkarı Mariya Qabrielin dəvəti ilə Bolqarıstanda rəsmi səfərdə olub.
AzVision.az xəbər verir ki, səfər çərçivəsində bir sıra rəsmilərlə, o cümlədən prezident Rumen Radev, Baş nazir Nikolay Denkov və Milli Məclisin sədri Rosen Jelyazkov ilə görüşlər keçirən Türkiyə XİN rəhbəri Hakan Fidan ikitərəfli əlaqələr və regional vəziyyət üzrə müzakirələr aparıb.

Görüşlərdə iki ölkə arasında enerji, nəqliyyat, infrastruktur, ticarət və investisiya sahələrində əməkdaşlıq imkanlarının qiymətləndirilməsi, habelə Ukrayna böhranı ilə əlaqədar Qara dənizdə təhlükəsizliklə bağlı fikir mübadiləsi aparılıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   Bolqarıstan  





Xəbər lenti