Mironov erməni vandalizmini pislədi
O vurğulayıb ki, baş tutan aksiyada motiv axtarmaq mənasızdır:
“Uşaqların xatirəsinə ucaldılan abidənin bununla nə əlaqəsi var!? Bu xatirə abidəsinin siyasətlə əlaqəsi yoxdur, sözügedən abidə mərhəmət, insan həmrəyliyi, milliyyətindən və vətəndaşlığından asılı olmayaraq, insanlarda olan ən ülvi hisslərlə bağlıdır”.
Siyasətçi hesab edir ki, belə bir vəziyyətdə xatirə abidəsini təhqir edən vandallara nəyisə izah etmək əbəsdir.
S.Mironov baş verənlərə görə İrəvandan hansısa anlaşılan reaksiyanın gələcəyini də gözləmədiyini əlavə edib.
“Onların riyakar üzrlərinə ehtiyacımız varmı?” - deyə siyasətçi fikrini tamamlayıb.
Qeyd edək ki, sosial şəbəkələrdə növbəti erməni vandalizminin görüntüləri yayılıb. Belə ki, ermənilər bu dəfə “Leninqrad blokadasındakı uşaqlar” abidəsini təhqir ediblər.
AzVision.az
Teqlər: