Kreml: "Gərginliyi azaltmaq lazımdır"

      Kreml:    "Gərginliyi azaltmaq lazımdır"
  30 Yanvar 2024    Oxunub:848
"Yaxın Şərqdə gərginlik səviyyəsi son dərəcə narahatlıq doğurur. Həll üçün addımlar atmağın vaxtı çatıb".
AzVision.az xəbər verir ki, "Kreml"in mətbuat katibi Dmitri Peskov İordaniyada ABŞ bazasına 3 hərbçinin ölümü ilə nəticələnən hücuma reaksiya bildirib.
ABŞ-ın İordaniyadakı bazasına hücum, hərbçilər ölüb

Hücumu pisləyən Peskov söyləyib ki, Yaxın Şərqdə münaqişəni başa çatdırmaq üçün lazımi tədbirlər görülməlidir.

"Regionda yüksək münaqişə potensialını nəzərə alaraq, sabitliyinin pozulmasına və gərginliyin artmasına gətirib çıxaran istənilən hərəkəti qınayırıq", - o, jurnalistlərə müsahibəsində diqqətə çatdırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Rusiya   ABŞ   hücum   reaksiya  





Xəbər lenti