Time: “Zelenski gözlənilməz hərəkətlər edə bilər”

      Time:    “Zelenski gözlənilməz hərəkətlər edə bilər”
  30 Yanvar 2024    Oxunub:774
Ukrayna prezidenti Vladimir Zelenski müharibənin gedişatını dəyişmək və ölkə daxilində siyasi mövqelərini qorumaq üçün böyük risklərə əl atır.
AzVision.az xəbər verir ki, Böyük Britaniyanın “Time” nəşrinin yazdığına görə, Rusiyanın öz iqtisadiyyatını müharibə vəziyyətinə keçirməsi fonunda Ukrayna yüz minlərlə yeni əsgəri səfərbər etmək zərurəti ilə yanaşı, müttəfiqlərin yardımı məsələsində də problemlərlə üzləşir. Hazırda amerikalı seçicilər arasında Ukraynanın itirdiyi əraziləri qaytarıb-qaytara bilməyəcəyi ilə bağlı fikir ixtilafı daha da güclənir.

Ukrayna daha 500 min əsgəri səfərbər edə bilsə belə, bu, əhalisi və iqtisadiyyatı daha çox olan Rusiyaya qarşı müharibədə kömək etməyəcək. Buna görə də, Ukrayna hakimiyyəti öz müdafiə sənayesini, xüsusən də Rusiyadakı hədəfləri vura bilən PUA-ların istehsalını genişləndirməyə çalışır.

Jurnalistlər qeyd edirlər ki, hazırda müharibə ilə bağlı Rusiya rəsmilərinin sui-qəsdlərin təşkili, həmçinin, işğal olunmuş Krıma və Rusiyanın hərbi-iqtisadi infrastrukturuna tez-tez PUA və raket hücumları ehtimalı artıb. Bundan əlavə, Qara dənizdəki neft və taxıl obyektləri, eləcə də Krım körpüsü hücuma məruz qala bilər.

“Time” Rusiya ərazisinə hücumların “Ukraynanın gücündən çox qorxusunun əlaməti” olduğunu iddia edir. Çünki Ukraynanın qələbəsinin asılı olacağı Qərbin dəstəyinin sabitliyinə Kiyevin şübhə etməsi üçün yeni səbəblər var.

“Hətta Konqres 2024-cü il üçün artan hərbi yardımı təsdiq etsə belə, bu, çox güman ki, noyabr seçkilərindən sonra Vaşinqtonun son yardım paketi olacaq. Donald Tramp qalib gəlsə, ukraynalılar onun yardımı kəskin şəkildə kəsəcəyini bilirlər. Avropada perspektivlər bir qədər yaxşıdır. Amma Almaniyanın büdcə problemləri, Macarıstanın güclənən müxalif mövqeyi və Aİ rəhbərliyinin olmaması Vaşinqtonun ortamüddətli perspektivdə hərbi yardım boşluğunu doldurmasını çətinləşdirəcək” , - məqalədə deyilir.

Nəşrin gikrincə, məhz buna görə də Kiyev sürətlə daha çıxılmaz vəziyyətə düşür. Ukrayna yerli müdafiə arsenalını, xüsusən də Rusiya daxilində döyüş və hədəfləri vurmaq üçün dronların istehsalını genişləndirmək üçün əlindən gələni edir.
Jurnalistlər Ukraynanın Rusiya daxilində və işğal olunmuş ərazilərdəki hədəflərə daha aqressiv hücumlar həyata keçirəcəyini ehtimal edirlər.

- Bu, müharibə ilə bağlı olan Rusiya rəsmilərinin məqsədyönlü şəkildə öldürülməsi, habelə Krıma və Rusiyanın hərbi və iqtisadi infrastrukturuna, o cümlədən Qara dənizdəki neft və taxıl obyektlərinə tez-tez pilotsuz təyyarə və raket zərbələri endirilməsi ehtimalının daha yüksək olması deməkdir ki, bu da qlobal bazarlarж yenidən sarsıda bilər. Krımı Rusiya materikinə birləşdirən Kerç boğazı üzərindəki körpüyə də yeni hücumların olacağı ehtimalı var”, - yazıda vurğulanır.

Hadisələrin belə məcrada inkişafı isə, öz növbəsində Rusiyanın Ukrayna şəhərlərinə daha intensiv hücumlarına səbəb olacaq. Bu hücumlardan hər hansı biri Rusiya prezidenti Vladimir Putinin qisas almaq riskini artırır ki, bu da NATO-nun münaqişədə birbaşa iştirakına gətirib çıxara bilər.
Amma Rsuiya da, Şimali Atlantika alyansı da münaqişənin bu cür genişlənməsini istəmir.

“Lakin müharibələr, xüsusən də əsas oyunçulardan biri - indiki halda Zelenski – izlənilməli olan gözlənilməz addımlar ata biləcək oyunçuya çevrildikdə, öz həyatlarını yaşayırlar”, - yazıda qeyd edilir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:





Xəbər lenti