Çin: "Qisas eskalasiya yarada bilər"

      Çin:    "Qisas eskalasiya yarada bilər"
  30 Yanvar 2024    Oxunub:653
Rəsmi Pekin ABŞ-nin İordaniyadakı bazaya PUA hücumuna cavabının Yaxın Şərqdə "qisas silsiləsi" doğuracağı barədə xəbərdarlıq edib.
AzVision.az xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin məsələ ilə bağlı bəyanat yayıb.

"Ümidvarıq ki, tərəflər təmkinlərini qoruyacaqlar, əks təqdirdə, qisas həmləsi növbəti qisas üçün zəmin yaradacaq və regionda gərginlik daha da artacaq" , - rəsmi Pekin bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Çin   münaqişə   xəbərdarlıq  





Xəbər lenti