Silah istehsalının artırılması NATO və Pentaqonun gündəliyində

Silah istehsalının artırılması NATO və Pentaqonun gündəliyində
  30 Yanvar 2024    Oxunub:828
Pentaqonun rəhbəri Lloyd Ostin və NATO-nun baş katibi Yens Stoltenberq Ukraynaya kömək məqsədilə müdafiə istehsalının artırılmasını müzakirə ediblər.
Bu barədə Amerika Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər yayıb. Ostin və Stoltenberq Kiyevə davamlı dəstəyi müzakirə edib və bu məsələdə ittifaq birliyinin vacibliyini vurğulayıblar. “Tərəflər Ukraynaya dəstəyi davam etdirmək fonunda öz daxili sursat və silah ehtiyatlarını artırmaq üçün müdafiə istehsalının sürətləndirilməsinin vacibliyini qeyd ediblər”, - bəyanatda deyilir.

Bundan əvvəl ABŞ-ın dövlət katibi Antoni Blinken Vaşinqtonda NATO-nun baş katibi Yens Stoltenberqlə birgə konfransı zamanı bildirmişdi ki, ABŞ administrasiyası döyüş meydanında Ukrayna Silahlı Qüvvələrinə silah tədarükünün dayandırılmasının nəticələrini görür.

ABŞ-da hökumətin qanunverici orqanının Kiyevə böyük hərbi və maliyyə yardımı göstərməyə davam etməkdən potensial imtina perspektivini şərh edərək, o vurğulayıb ki, Vaşinqton öz öhdəliklərini yerinə yetirməsə, Avropa və digərləri üçün daha çətin olacaq.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti