İstanbuldakı Baş Konsulluqda seçki məntəqələri yaradıldı
Bu barədə Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan bildirilib. Qeyd olunub ki, seçkilərlə əlaqədər İstanbulda 53 və 54 saylı seçki məntəqələri təşkil olunub.
Məlumata görə, vətəndaşlar seçki məntəqələrində fevralın 7-si saat 08:00-dan 19:00-dək səs verə bilərlər.
Vurğulanıb ki, səsvermə zamanı Azərbaycan vətəndaşları ümumvətəndaş pasportu olmadığı təqdirdə, şəxsiyyət vəsiqəsi təqdim edilməlidirlər.
AzVision.az
Teqlər: