Meloni: "Avropa-Afrika əlaqələri yeni mərhələyə qədəm qoyur"
"İnanırıq ki, münasibətlərimizin tarixində yeni bir fəsil, bərabərhüquqlu dövlətlər arasında əməkdaşlıq mümkündür", - o deyib.
Xanım Meloni diqqətə çatdırıb ki, bu əməkdaşlıq üçün ilkin mərhələdə 5,5 milyard avrodan çox vəsait ayrılacaq.
O, çıxışı zamanı miqrasiya sahəsindəki problemlərə də toxunaraq, "insanları miqrasiyaya sürükləyən səbəbləri ortadan qaldırmadıqca kütləvi miqrasiyanın, insan alverçilərinin qarşısını ala bilməyəcəklərini" vurğulayıb.
Firudin Həmidli
AzVision.az