UNICEF: "Qəzzada körpələr peyvənddən məhrumdur"

      UNICEF:    "Qəzzada körpələr peyvənddən məhrumdur"
  29 Yanvar 2024    Oxunub:877
"Qəzza zolağında uşaqlar üçün bomba təhlükəsindən əlavə xəstəlik riskləri də getdikcə artır".
AzVision.az xəbər verir ki, bu barədə Beynəlxalq Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) hesabatında bildirilir.

Qəzza zolağında tibb ocaqları dağıdıldığı üçün 16 mindən çox uşaq adi peyvəndlərdən məhrumdur. Bu, onları qızılca, pnevmoniya və poliomielit kimi xəstəliklərə məruz qoyur.

"Hər gün təcili peyvəndə ehtiyac duyan 200-250 uşağı qəbul edirik. Çətin şəraiti, ciddi çatışmazlıqları nəzərə alsaq, bu, əhəmiyyətli rəqəmdir", - xəstəxanalardan birinin tibb bacısı deyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: UNICEF   Qəzza   peyvənd  





Xəbər lenti