İran XİN: "ABŞ Yaxın Şərqdə yeni münaqişə yaradır"
"Əsassız ittihamlar öz maraqlarını ABŞ-ni regionda yeni münaqişəyə çəkməkdə görənlərin planıdır. Regiondakı müqavimət qrupları öz qərar və hərəkətlərində İran İslam Respublikasından əmr almırlar. İran əməliyyatların böyüməsini alqışlamasa da, müqavimət qruplarının Fələstin xalqına dəstəyinə və ya istənilən işğala qarşı özlərini müdafiəsinə də qarışmır", - o bildirib.
Firudin Həmidli
AzVision.az