Bayden: "ABŞ-Meksika sərhədi bağlanacaq"
"İkipartiyalı qanun layihəsi Amerika üçün müsbət nəticə verərək. Konqres layihəni təsdiqləyərsə, immiqrasiya sistemimizin nizama salınması və ölkəmizə gəlməyə haqqı çatanlara lazımi kömək göstərilməsi naminə işlərə başlanacaq.
Hökumətin Konqresə təklif etdiyi qanun layihəsi sərhədi keçən qanunsuz miqrantların sayının gündə 5 mini keçəcəyi təqdirdə prezidentə sərhədi bağlamaq səlahiyyəti verir.
"Layihə bu gün təsdiqlənsəydi, dərhal sərhədi bağlayar və nəzarətə götürərdim" , - Bayden çıxışı zamanı vurğulayıb.
Firudin Həmidli
AzVision.az