İrəvan Bakıya hücum etməmək haqqında paktı imzalamağı təklif edib

   İrəvan Bakıya hücum etməmək haqqında paktı imzalamağı təklif edib
  28 Yanvar 2024    Oxunub:1025
İrəvan sülh müqaviləsinin imzalanmasının gözlənildiyindən daha çox vaxt aparacağı üzə çıxarsa, Bakıya hücum etməmək haqqında paktı bağlamağa dəvət edib. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Biz Azərbaycana qarşılıqlı silahlara nəzarət mexanizmini, habelə sülh müqaviləsinin bağlanmasının gecikdiriləcəyi ortaya çıxarsa, hücum etməmək haqqında paktı imzalamağı təklif etmişik”.

Paşinyan vurğulayıb ki, Ermənistan tərəfi Azərbaycana bir neçə təhlükəsizlik təminatı mexanizmi təklif edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti