Finlandiya özünə prezident seçir
Səslərin hesablanması seçki məntəqələri bağlandıqdan sonra saat 20.00-da başlayacaq. Namizədlərdən heç biri 50%-dən çox səs toplamasa, seçkilərin ikinci turu fevralın 11-də keçiriləcək.
Ədliyyə Nazirliyi birinci turun rəsmi nəticələrini yanvarın 30-dan gec olmayaraq elan edir, ikinci turun nəticələri fevralın 14-dən gec olmayaraq təqdim edilməlidir.
Seçkidə 9 namizəd var, lakin əsas mübarizə keçmiş baş nazir Aleksandr Stubb və keçmiş xarici işlər naziri Pekka Haavisto arasında gedir.
Yle ictimai yayımının son sorğusuna əsasən, seçicilərin 27%-i Stubb-a, 23%-i isə Haavistoya səs verməyə hazırdır.
Onlara parlamentin spikeri, sağçı "Əsl finlər" partiyasının namizədi Yussi Halla-aho 18% dəstək ilə yaxınlaşır.
Finlandiya prezidenti 6 il müddətinə seçilir. Hazırkı prezident Sauli Niinistonun səlahiyyətləri fevralda başa çatır, o, ardıcıl olaraq maksimum iki müddət bu vəzifədə çalışıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: