Blinken Yunanıstanı Kiyevə silah ötürməyə dəvət edib

Blinken Yunanıstanı Kiyevə silah ötürməyə dəvət edib
  27 Yanvar 2024    Oxunub:1200
ABŞ Dövlət katibi Antoni Blinken Vaşinqtonun Yunanıstana 200 milyon dollaradək əlavə yardım göstərmək imkanını araşdırması müqabilində Ukraynaya silah ötürməyi və ya satmağı təklif edib.
AzVision.az xəbər verir ki, Blinkenin Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisə yazdığı məktubun mətni hökumət başçısının mətbuat xidməti tərəfindən yayılıb.

"Yunanıstanın Ukraynaya ötürə və ya sata biləcəyi müdafiə imkanlarında maraqlı olmağa davam edirik. Bu imkanlar Ukraynanı maraqlandırarsa, onların statusu və təxmini dəyəri ilə bağlı ABŞ hökumətinin qiymətləndirməsi gözlənilirsə, Yunanıstan üçün 200 milyon dollaradək məbləğdə əlavə xarici müdafiə maliyyəsi təmin etmək imkanlarını araşdıra bilərik", - məktubda deyilir.

AzVision.az


Teqlər: ABŞ   Yunanıstan   Ukrayna  





Xəbər lenti