AŞPA-nın ukraynalı üzvü: “Assambleyanın Azərbaycanla bağlı qərarına təəssüflənirəm"
"Əminəm ki, bu məsələni daha ətraflı nəzərdən keçirsək, başqa nəticə verə bilər. Rusiya və Azərbaycanla vəziyyəti qarşılaşdırmaq düzgün deyil. Azərbaycan ərazisi işğaldan azad olunub, Rusiya isə Ukraynaya hücum edib. Ümidvaram ki, Azərbaycan tezliklə Strasburqda öz işinə qayıdacaq. Ukrayna vətəndaşlarımıza dəstəyinə və hərbçilərin reabilitasiyası ilə bağlı köməyə görə Azərbaycana minnətdardır. Avropa görməlidir ki, Azərbaycan humanist ölkədir", - deputat deyib.
AzVision.az
Teqlər: AŞPA