Nulandın Türkiyəyə səfəri gözlənilir

Nulandın Türkiyəyə səfəri gözlənilir
  27 Yanvar 2024    Oxunub:906
ABŞ Dövlət katibinin müavini Viktoriya Nuland Türkiyə-ABŞ Strateji Mexanizmi çərçivəsində Türkiyəyə səfər edəcək.
AzVision.az xəbər verir ki, xanım Nuland Türkiyə XİN rəhbərinin müavini Burak Akçaparın dəvəti ilə sabah Ankaraya gələcək.

Strateji Mexanizm toplantısında həmkarların ikitərəfli əlaqələrlə yanaşı regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparacaqları nəzərdə tutulur.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Türkiyə  





Xəbər lenti