Britaniya ordusunun sayı 65 min nəfər azalıb

Britaniya ordusunun sayı 65 min nəfər azalıb
  27 Yanvar 2024    Oxunub:809
Böyük Britaniya Silahlı Qüvvələrinin sayı 2000-ci ildən bəri 31,7 faiz (65,5 min nəfərdən çox) azalıb.
AzVision.az xəbər verir ki, “UK Defence Journal” nəşri bu barədə parlamentin məlumatlarına istinadla məlumat yayıb. Parlamentdə keçirilən dinləmələrdə müdafiə nazirinin müavini Endryu Murison Silahlı Qüvvələrin sayının 2000-ci ildəki 207 min nəfərdən 141,5 min nəfərə endiyini bildirib.

Məlumata görə, Quru Qoşunlarının sayı 29,79 faiz (109 min 600 nəfərdən 76 min 950 nəfərədək), Hərbi Dəniz Qüvvələri və Dəniz Korpusundakı hərbçilərin sayı 23,86 faiz (42 min 800 nəfərdən 32 min 590 nəfərədək), Hərbi Hava Qüvvələrində şəxsi heyətin sayı isə 41,5 faiz (54 min 600 nəfərdən 54 min 600 nəfərədək) azalıb.

AzVision.az


Teqlər:





Xəbər lenti