Ağ Ev: ABŞ Qəzzada heç bir soyqırım əlaməti görmür

   Ağ Ev:    ABŞ Qəzzada heç bir soyqırım əlaməti görmür
  27 Yanvar 2024    Oxunub:857
Amerika Birləşmiş Ştatları İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında soyqırım törətdiyinə dair heç bir əlamət görmür.
Bunu jurnalistlər üçün keçirilən növbəti brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) İsrailə qarşı çıxardığı qərarı şərh edərkən deyib.

“Biz İsrail Müdafiə Qüvvələrinin soyqırım niyyəti və ya hərəkəti iddiasını dəstəkləyəcək heç bir sübut görmədik. Bizdə bunun baş verdiyinə dair heç bir sübut yoxdur. Onların (israillilərin) Qəzzadakı insanları qəsdən məhv etməyə çalışdıqlarına dair əlimizdə heç bir sübut yoxdur”, - Kirbi bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti