Gürcüstan prezidentinin rəsmi saytına kiberhücum olub

   Gürcüstan prezidentinin rəsmi saytına kiberhücum olub
  26 Yanvar 2024    Oxunub:900
Yanvarın 26-da Gürcüstan prezidentinin rəsmi saytına kiberhücum olub və sayta giriş bir neçə saat ərzində əlçatmaz olub. Dövlət Təhlükəsizlik Xidməti ölkə prezidentinin rəsmi saytının sındırılması faktını öyrənməyə başlayıb.
“Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin Əməliyyat-Texniki Agentliyinin Kibertəhlükəsizlik Mərkəzi qısa müddətdə hücumu müəyyən edə bilib.Görülən bir sıra təxirəsalınmaz cavab tədbirləri nəticəsində kiberhücumun qarşısı alınıb və prezidentin səhifəsi adi qaydada işləyir”, - Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında deyilir.

Departamentdən verilən məlumata görə, hazırda səhifənin zəifliyi yoxlanılır və sonradan hüquqi cavab verilməsi məqsədi ilə təqsirkarlar müəyyənləşdirilir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti