Blinken: Afrikada təhlükəsizlik üzrə əməkdaşlığa hazırıq
O bildirib ki, Rusiyanın "Vaqner" hərbi şirkəti bəzi Afrika ölkələrinə, habelə çevrilişdən sonra Nigerə təhlükəsizlik dəstəyi versə də, regionda bu sahədə problemlər daha da artıb.
"ABŞ regional təhlükəsizlik üçün kəşfiyyat məlumatlarının mübadiləsi və texniki təchizat dəstəyi kimi məsələlərdə əməkdaşlığa, mülki əhalinin təhlükəsizliyinə töhfə verməyə hazırdır", - Blinken deyib.
Qeyd edək ki, Afrika səfərində əvvəlcə Kabo-Verde və Kot-d'İvuarda görüşlər keçirmiş ABŞ Dövlət katibi növbəti dayanacaq kimi Anqolaya yollanacaq.
Firudin Həmidli
AzVision.az
Teqlər: ABŞ Afrika Blinken səfər