Rusiyada hərbi nəqliyyat təyyarəsi vuruldu - VİDEO
Teleqram kanallarının yaydığı məlumata görə isə təyyarədə onlarla insan olub, onların taleyi məlum deyil. İddia edilir ki, təyyarə yerə düşməmişdən öncə raketlə vurulub. Çünki yayılan görüntülərdə səmada raket izləri də görünüb.
"Hadisə Koroçanski rayonunda baş verib. Hazırda Fövqəladə Hallar Xidmətinin istintaq qrupu və digər əməkdaşları hadisə yerində işləyirlər. İş qrafikimə dəyişiklik edərək hadisə yerinə getdim", - Belqorodun rəhbəri Vyaçeslav Qladkov Teleqram kanalında yazıb.
Tural Tağıyev
AzVision.az