Süni intellekt ABŞ-də seçkilərə barmaq bulayıb

Süni intellekt ABŞ-də seçkilərə barmaq bulayıb
  24 Yanvar 2024    Oxunub:830
ABŞ-nin Nyu-Hempşir ştatında baş tutan ilkin prezident seçkiləri ərəfəsində seçicilərə prezident Co Baydenin süni intellektlə hazırlanmış səsyazısı göndərilib.
AzVision.az xəbər verir ki, Nyu-Hempşir Baş Prokurorluğu hadisə ilə bağlı araşdırma aparır.

Bildirilib ki, seçicilərin mobil telefonlarına göndərilən süni intellektlə düzəldilmiş səsyazısında prezident Baydenin səsi yamsılanıb.

"Saxta səs yazısı Demokratlar Partiyasına mənsub seçiciləri ştat üzrə seçkilərdə Donald Trampa səs verməkdən çəkindirmək məqsədi daşıyıb. Bu, açıq-aşkar qanunsuz müdaxilədir", - prokurorluğun məlumatında deyilir.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   prezident   seçkilər   süniintellekt  





Xəbər lenti