Pakistandan İrana sərt xəbərdarlıq - Ordu döyüşə hazır vəziyyətə gətirildi |
Xatırladaq ki, Pakistan yanvarın 18-nə keçən gecə İranın Sistan və Bəlucistan əyalətinin sərhəddə yerləşən Seravan rayonuna zərbələr endirib. Hədəf “anti-Pakistan qrupları” olub.
İran bir neçə gün əvvəl İraq və Suriya ilə yanaşı Pakistandakı hədəflərə zərbələr endirib. Tehran iddia edib ki, Pakistandakı hədəflər "Ceyş əl-Ədl" adlı terror qruplaşmasının qərargahı olub. Bundan sonra Bağdad və İslamabad Tehrandan səfirlərini geri çağırıblar.
Pakistan rəsmiləri Tehranın bu qeyri-qanuni hərəkətini cavabsız qoymayacağına söz verdilər.
İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian isə bəyan edib ki, Tehran Pakistanın suverenliyinə hörmət edir.
Tural Tağıyev
AzVision.az