Quterreş: “Dünyanı son 30 ilin ən pis beşilliyi gözləyir”
Bu şəxslərin sərvətləri artdığı halda, dünya əhalisinin yarıdan çoxu, yəni, demək olar ki, beş milyard insanın maddi durumları pisləşib. Başqa sözlə desək, beş milyard insan ümumilikdə cəmi beş milyarderdən daha yoxsuldur.
Bu reallqıdan çıxış edən BMT-nin baş katibi dünya bankının son 30 ildə iqtisadi artım baxımından onilliyin ən pis yarısına yaxınlaşdığımızı göstərən xəbərdarlığını xatırladıb.
İqlim fəlakətlərindən əziyyət çəkən bir çox ölkələr əhəmiyyətli maliyyə çətinlikləri ilə üzləşiblər. 75 ən yoxsul ölkənin yarısından çoxu borc böhranı yaşayır, kreditlər üzrə faiz ödənişləri isə son illərdə dörd dəfə artıb.
Antonio Quterreş bir çox ölkə və şirkətlərin “ortaq gələcək və ümumi rifahı düşünmədən” öz dar maraqlarını güdməsindən narazılığını bildirib. BMT-nin baş katibi vəziyyətin daha da ağırlaşmaması üçün təcili tədbirlərin görülməli olduğunu və heç bir şey edilmədiyi təqdirdə daha çox mənfi nəticələrin meydana çıxacağını deyib.
Lakin mövcud beynəlxalq konyuktura çərçivəsində Quterreşin narahatlığının dünyanın güc mərkəzlərinə təsir edəcəyi şübhə doğurur.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Qutteriş xəbəradlıq