Fransa polisi Olimpiya ərzində yüksək maaş tələb edir

Fransa polisi Olimpiya ərzində yüksək maaş tələb edir
  18 Yanvar 2024    Oxunub:1182
26 iyul - 11 avqust tarixlərində Parisdə keçiriləcək Yay Olimpiya Oyunları dövründə iş şəraitinin yaxşılaşdırmasını istəyən Fransa polisi tətil elan edərək nümayişlər keçirir.
AzVision.az xəbər verir ki, ölkədəki "Alliance" və "Unsa" kimi bir sıra polis həmkarlar ittifaqları oyunlar ərzində 2000 avroya (təqribən 3705 AZN) qədər maaşa əlavə, habelə tətil məzuniyyəti və "uşaqpulu" verilməsini istəyirlər.

"İyulun 24-dən avqustun 11-dək polis gücləndirilmiş rejimdə işləyəcək. Odur ki həmkarlarımızın övladları üçün "uşaqpulu", eləcə də məktəblərin tətilə buraxılmasını tələb edirik, həmçinin mənzil və logistika təminatı ilə bağlı detallara ehtiyacımız var. Polislər bilmək istəyirlər ki, onlara istirahət üçün nə vaxt imkan veriləcək? Çünki 2023-cü ildə iğtişaşlarla müstəsna bir il keçirdik. 2015-ci ildən bəri terror hücumları, "sarı jiletlilər"in aksiyaları, pandemiya və digər hadisələrdə də polis səfərbər edildi. İndi soruşuq ki, axı nə vaxt dincələcəyik?", - "Alliance" həmkarlar ittifaqının nümayəndəsi Silven Andre məsələ barədə deyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Fransa   Olimpiya   polis  





Xəbər lenti