Lavrov: “3+3” formatı perspektivli və xarici təsirlərdən azaddır

      Lavrov:    “3+3” formatı perspektivli və xarici təsirlərdən azaddır
  18 Yanvar 2024    Oxunub:1351
"Azərbaycan, Ermənistan, Gürcüstan və onların üç ən yaxın qonşusu – Rusiya, İran və Türkiyə (“3+3” formatı) arasında əməkdaşlıq mexanizmi perspektivlidir, çünki azaddır".
AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya diplomatiyasının 2023-cü il yekunlarına dair mətbuat konfransında deyib.

"Üç Cənubi Qafqaz ölkəsi: Azərbaycan, Ermənistan, Gürcüstan və onların üç ən yaxın qonşusu: Rusiya, Türkiyə və İran arasında əməkdaşlıq mexanizmini daha fəal inkişaf etdirmək barədə təklif sürdük. Məsələ ilə bağlı bir neçə görüş baş tutub, erməni nümayəndələr də iştirak ediblər. Mənə elə gəlir ki, məhz bu format zaman keçdikcə perspektivli olacaq. Çünki heç bir qlobal geosiyasi konyukturadan asılı deyil və Vaşinqtonun Brüssel həmkarları ilə birgə nümayiş etdirdiyi hegemonluğun saxlanılmasına xidmət edən geosiyasi oyunundan azaddır”, - Rusiya XİN rəhbəri qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti