Lavrov: "İrəvan və Bakı bizi delimitasiya prosesinə cəlb etmir"

      Lavrov:    "İrəvan və Bakı bizi delimitasiya prosesinə cəlb etmir"
  18 Yanvar 2024    Oxunub:992
"Razılışmaya baxmayaraq, Moskva Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə komissiyaların işinə dəvət edilmir".
AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ildə Rusiya diplomatiyasının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Lavrov: "Azərbaycan Rusiyada sülh müqaviləsi imzalamağa hazırdır"
"Biz öz xidmətlərimizi təklif etdik. Üstəlik, tərəflər Rusiynın məsləhətçi qismində iştirak edəcəyi delimitasiya komissiyasının yaradılması ilə bağlı müqavilə imzaladılar. Bizi ora dəvət etmirlər", - Lavrov qeyd edib.

O, Avropa Şurasının rəhbəri Şarl Mişelin Avropa İttifaqının (Aİ) delimitasiya ilə məşğul olacağını bəyan etməsinə də diqqət çəkib. Nazir xatırladıb ki, nə Ermənistan, nə də Azərbaycan Aİ-nin heç vaxt üzvü olmayıb. Ona görə də Avropa İttifaqının əlində heç bir xəritə ola bilməz. Amma Rusiya Federasiyasının konkret xəritələri var və tərəflərə sərhədi okeanın o tayından delimitasiya etmək istəyən ABŞ-la Aİ-deyil, Moskvanın sənədləri uyğundur: "Nədənsə onların SSRİ Baş Qərargahının xəritələrinə malik olması ortaya çıxıb. Ona görə də deyirlər ki, “sizə hansısa rusun xəritəsi deyil, bizdə olanlar lazımdı”. Bir az qəribə görünür, yaşlı-başlı adamlardılar, amma “kim əsas söz sahibidir” və beynəlxalq arenada kim özlərinə əlavə xal qazana bilər oyunu oynayırlar".

Onun sözlərinə görə, eqoist Qərb maraqlarının həm Ermənistanın, həm də Azərbaycanın fundamental maraqlarının həyata keçirilməsinə mane olması təəssüf doğurur.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Azərbaycan   Rusiya   Ermənistan   Delimitasiya  





Xəbər lenti