Pakistan XİN: "Gərginliyi artırmaq məqsədimiz yoxdur"

      Pakistan XİN:    "Gərginliyi artırmaq məqsədimiz yoxdur"
  18 Yanvar 2024    Oxunub:1191
"Pakistan özünü müdafiəyə daima hazırdır".
AzVision.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Mümtaz Zəhra Bəluç həftəlik mətbuat konfransında deyib.

O, İrandakı "terrorçulara" aviazərbə endirildikdən sonra Pakistanın vəziyyəti gərginləşdirmək istəmədiyini açıqlayıb. İran da daxil olmaqla bütün ölkələrlə sülhün qorunub saxlanmasını arzuladığını, Pakistanın İranı "dost və qardaş" kimi gördüyünü qeyd etsə də, ölkəsinin təhlükəsizliyinin prioritet olduğunu vurğulayıb.

"Bildirmək istərdik ki, Pakistanın təhlükəsizliyi və suverenliyi müqəddəsdir. Pakistan özünü müdafiəyə daima hazırdır" , - xanım katib söyləyib.

O həmçinin terrorizmlə mübarizə naminə dialoq və əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Pakistan   İran   XİN  





Xəbər lenti