ABŞ husiləri terror təşkilatları siyahısına əlavə edib

   ABŞ husiləri terror təşkilatları siyahısına əlavə edib
  18 Yanvar 2024    Oxunub:1138
ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Qırmızı dənizdə baş verən hadisələr səbəbilə Yəmən husilərinin "qlobal terrorçuların xüsusi siyahısı"na yenidən əlavə edildiyini açıqlayıb.
AzVision.az xəbər verir ki, Sallivanın sözlərinə görə, "husilər hücumlarını dayandırarsa, ABŞ bu qərarı yenidən qiymətləndirəcək".

"Husilər ABŞ şəxsi heyətini, mülki dənizçiləri, müttəfiqlərimizi hədələyib, qlobal ticarəti və sularda hərəkət azadlığını təhlükə altına atdılar. Bu qərar onlara maliyyə yardımının qarşısını almaq, onları hərəkətlərinə görə məsuliyyətə cəlb etmək məqsədi daşıyır", - bəyanatda deyilir.

Xatırladaq ki, ABŞ 2021-ci ildə husiləri terror təşkilatları siyahısından çıxarmış və qərarın Yəməndə humanitar vəziyyətin pisləşməsi ilə bağlı verildiyi bildirmişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər: husilər   terror   siyahı  





Xəbər lenti