ABŞ və Böyük Britaniya Yəmənə yenidən zərbə endirib
Telekanalın məlumatına görə, zərbələrdən biri Qırmızı dəniz sahillərində, Hudeyda əyalətində yerləşən Əl-Salif kəndində husilərin obyektinə endirilib.
Bundan əvvəl ABŞ rəsmiləri üsyançıların hədəflərinə ilk zərbənin endirilməsini təsdiqləyiblər.
Adının açıqlanmasını istəməyən amerikalı rəsmi jurnalistlərə bildirib ki, hücumlar regiondakı ticarət və ABŞ hərbi gəmiləri üçün birbaşa təhlükə yaradan raket obyektləri və buraxılış sistemlərini hədəf alıb.
Amerikalı vurğulayıb ki, bununla Vaşinqton özünümüdafiə hüququndan istifadə edib.
Bundan əvvəl husilər hər 12 saatdan bir Qırmızı dənizdə ticarət gəmilərinə hücum etmək niyyətində olduqlarını bildirmişdilər.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: