Azərbaycan gözəli xuliqan imiş - ÖZƏL

Azərbaycan gözəli xuliqan imiş - ÖZƏL
  20 İyun 2014    Oxunub:1308
“Miss Azerbaijan 2014” gözəllik müsabiqəsinin qalibi Cavidan Qurbanovaya ölkədən kənara çıxmağa qadağa qoyulub.
AzVision.az-ın əldə etdiyi məlumata görə, C.Qurbanova xuliqanlıq maddəsi ilə ittiham olunduğunun onun ölkədən kənara çıxmasına icazə verilmir.

Belə ki, C.Qurbanovaya xuliqanlıq maddəsi ilə 4 il icbari iş verilibmiş. Hazırda isə onun 2 ili qaldığından ölkədən kənara çıxa bilmir.

C.Qurbanovanın icbari iş almasından “Miss Azerbaijan 2014” müsabiqənin təşkilatçıları xəbərsiz olub. Hazırda “Azərbaycanı "Bəşəriyyət gözəli 2014” (Miss Universe 2014) müsabiqəsində kimin təmsil edəcəyi sual altındadır.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti