Prezident “Fəlakət”ə ev verməyib

Prezident “Fəlakət”ə ev verməyib
  09 İyun 2014    Oxunub:6985
Teleaparıcı İlkin Həsəni “Bozbaş Pictures”də canlandırdığı “Fəlakət” obrazı ilə məşhurlaşan Elşən Orucova prezident İlham Əliyev tərəfindən ev verilməsi haqda yayılan məlumatlara aydınlıq gətirib.
AzVision.az xəbər verir ki, teleaparıcı bu haqda sosial şəbəkədə məlumat verib:

“Əziz və dəyərli jurnalistlərimiz, Elşən Orucovun ev alması xəbəri şayiədir. Belə bir şey olmayıb”.

Qeyd edək ki, bu haqda modern.az saytı məlumat yayıb. Məlumatda qeyd edilir ki, prezident İlham Əliyevin iştirak etdiyi qeyri-rəsmi tədbirlərdən birində aktyor Elşən Orucov Fəlakət obrazında İlham Əliyevin qarşısına çıxıb. Tamaşaçılarının ürəyinə “Bunu maa neçiyə verərərsən?” ifadəsi ilə yol açan Fəlakət bu dəfə dövlət başçısınıu sualla təəccübləndirib. Daha sonra “Deyirlər sizin yaxşı eviniz var. Onu maa neçiyə verərərsiz?” kəlməsi ilə İlham Əliyevi ürəkdən güldürən aktyora ölkə başçısı belə cavab verib: “Öz evimi yox, amma sənə başqa ev verərəm”.


Teqlər:





Xəbər lenti