Gürcüstana dolu yağdı

Gürcüstana dolu yağdı
  08 İyun 2014    Oxunub:1008
Güclü yağışla müşayiət olunan dolu üzüm plantasiyalarını, əkin sahələrini məhv edib
Gürcüstanın Ambrolauri rayonuna yağmış güclü dolu əksər kəndlərdə fəsadlar törədib.

AzVision.az anspress-ə istinadən xəbər verir ki, Gürcüstanın Raca-Leçxumi bölgəsinin Ambrolauri rayonuna güclü dolu yağıb.

Rayonun yaşlı sakinləri bu cür dolunu xatırlamadıqlarını bildiriblər. Güclü yağışla müşayiət olunan dolu rayonun əksər kəndlərində fəsadlar törədib, üzüm plantasiyalarını, əkin sahələrini məhv edib.

Gürcüstan Baş nazirinin göstərişi ilə zərərin miqyasını müəyyənləşdirmək üçün xüsusi komissiya yaradılıb.

Dolunun Borjomi rayonunda da fəsadlar törətdiyi qeyd olunub.


Teqlər:  





Xəbər lenti