Ermənistan prezidenti Serj Sarkisyanın sosial şəbəkələrdə toy şəkilləri yayılıb.
AzVision.az-ın məlumatına görə, Serj Sarkisyan 30 iyun 1954-cü il tarixdə Azərbaycanın Xankəndi şəhərində anadan olub. Serj Sarkisyan 1989-cu ildən 1993-cü ilə kimi separatçı "Dağlıq Qarabağ Respublikası"nın özünümüdafiə qüvvələri komitəsinə rəhbərlik edib. 1993-1995-ci illərdə Ermənistanın müdafiə naziri olub. 1995-1996-cı illərdə əvvəlcə dövlət təhlükəsizliyi departamentinin başçısı, daha sonra milli təhlükəsizlik naziri vəzifəsində çalışıb. Növbəti 3 ildə isə Ermənistanın daxili işlər və milli təhlükəsizlik naziri olub. 2000-2007-ci illər arasında yenidən müdafiə naziri işləyib. 4 aprel 2007-ci ildən 19 fevral 2008-ci ilə qədər baş nazir, 19 fevral 2008-ci ildən isə Ermənistan Respublikasının prezidentidir. Ermənistanda əhali seçkilərin saxtalaşdırılmasına görə kütləvi mitinqlərə başlayır. Martın 1-də səkkiz nəfərin öldürülməsi və 20 günlük fövqəladə vəziyyətdən sonra aprel ayından prezident kimi fəalliyyətə başlayıb.
S.Sarkisyan 1992-ci ildə Xocalı soyqırımını törədən qüvvələrə komandanlıq edib, bu qüvvələri təşkilatlandıraraq yüzlərlə insanın ölüm əmrini verib və soyqırımında birbaşa iştirak edib. Bü səbəbdən Serj Sarkisyan Avropa İnsan Haqları Məhkəməsinə verilib.