Konçita İstanbula dəvət olundu

Konçita İstanbula dəvət olundu
  22 May 2014    Oxunub:1255
Amerikalı məşhur müğənni Ledi Qaqa “Eurovision 2014”-ün qalibi Konçita Vurstu “ARTPOP Ball” adlı musiqi turnesində iştirak etməyə dəvət edib.
Bu barədə AzVision.az Qərb KİV-nə istinadən bildirir.

Danimarkanın paytaxtı Kopenhagendə keçirilən son “Eurovision” müsabiqəsində avstriyalı müğənni Konçita Vurst “Rise Like a Phoenix” mahnısı ilə qalib gəlib.

Qələbə əldə etdikdən sonra Konçita, aralarında Ledi Qaqa da olmaqla bir sıra dünya ulduzlarından dəstək mesajı alıb.

İndi isə, Ledi Qaqa avstriyalı müğənni Konçita Vursta “ARTPOP Ball”-ın açılışında ilk mahnını ifa etməyə dəvət edib.

Hələlik Ledi Qaqa sentyabrın 16-da İstanbulda keçiriləcək konsertlə bağlı Konçitaya təklif göndərib. Lakin mütəxəssislərin fikrincə amerikalı müğənni Konçitanı digər şəhərlərdəki konsertinin açılışına da dəvət edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər:  





Xəbər lenti