DSMF sədri vətəndaşları qəbul edəcək
Qeyd edək ki, nazirlik, dövlət komitələri və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edən məmurlar 2 aprel tarixindən başlayaraq respublikanın şəhər və rayonlarında vətəndaşlar üçün qəbul günləri keçirirlər. Bu il fevralın 12-də Bakı Biznes Mərkəzində Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda məmurlara vətəndaşlarla bağlı tapşırıqlar verilmişdi.
Azvision.az