Fahişəliyə cəlb edənlər saxlanıldı

  10 Aprel 2013    Oxunub : 571
Fahişəliyə cəlb edənlər saxlanıldı
Həmcinsləri qadınları fahişəliyə cəlb edirmiş.
Qadınları fahişəliyə cəlb edən şəxs saxlanılıb. DİN-dən Azvision-a verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Biləcəri qəsəbə sakini Zeynəb Abjalilova gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyinə və evində əxlaqsızlıq yuvası təşkil etdiyinə görə saxlanılıb.

Bundan başqa Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkun olunmuş Mehriban Nəcəfovanın evində də əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.

Azvision.az

Teqlər: