"Hər il 400 gənc xaricdə təhsil ala biləcək" - Nazir

   "Hər il 400 gənc xaricdə təhsil ala biləcək" -    Nazir
  01 Mart 2022    Oxunub:2286
"Dörd il ərzində hər il 400 nəfər civarında şəxs təhsilini xaricdə ala biləcək".
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün təsdiqlənən Dövlət Proqramı ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

O bildirib ki, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcək.

Nazir qeyd edib ki, tələbələrin xaricdə təhsil alması sentyabrdan mümkün olacaq: "Artıq tələbələr təhsil üçün müraciət edə bilərlər".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti