Kabab bağırsaq xərçəngi yaradır

Kabab bağırsaq xərçəngi yaradır
  30 İyun 2021    Oxunub:3333
Kabab və qızartma yeməklər rak xəstəliyi ilə bağlı təhlükəni xeyli artırır.
Azvision.az xəbər verir ki, bunu məşhur rusiyalı həkim və televiziya aparıcısı Aleksandr Myasnikov "Rossiya 1" telekanalında çıxışı zamanı bildirib.

"Bağırsaq xərçəngi ənənəvi olaraq ətdən yaranır. Bu gün isə, ət yeməkləri bağırsaq xərçənginin inkişafı üçün risk faktor olaraq qalır", - deyə Myasnikov izah etdi.

Həkim həftədə iki-üç dəfədən çox bu cür ət yeməklərindən istifadə etməməyi məsləhət bilib.
O vegeterian kolbasa və sosisləri haqqında da danışıb. Həkimin fikrincə, bu cür yeməklər iyrənc dad verir və çox güman ki, faydasızdır.

Tural Tağıyev


Azvision.az



Teqlər: Kabab   Rak  





Xəbər lenti