Professor Eldar İsmayılov vəfat edib

  10 Mart 2014    Oxunub : 543
Professor Eldar İsmayılov vəfat edib
Bakı Dövlət Universitetinin slavyan xalqları tarixi kafedrasının professoru 64 yaşında dünyasını dəyişib.

Bakı Dövlət Universitetinin slavyan xalqları tarixi kafedrasının professoru, Vətəndaş Cəmiyyəti Uğrunda ictimai təşkilatının rəhbəri Eldar İsmayılov vəfat edib.

AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat veriblər.

Eldar İsmayılov 1950-ci il, martın 30-da Bakıda anadan olub. 1973-cü ildə Moskva Dövlət Universitetini bitirib və aspiranturaya daxil olub. 1992-ci ildə professor olub. 1990-1994-cü illərdə BDU-nun tarix fakultəsinin dekanı işləyib. 1997-ci ildən bu yana kimi universitetdə işlə yanaşı Vətəndaş Cəmiyyəti Uğrunda adlı QHT-yə də rəhbərlik edirdi. E.İsmayılovun təşkilatı Azərbaycanda seçkilərin monitorinqi ilə məşğul olurdu.

Teqlər: