Robot universitetə daxil oldu

Robot universitetə daxil oldu
  04 Mart 2014    Oxunub:1173
Yaponiya alimləri universitetə daxil ola biləcək zəkaya malik kompüter proqramı hazırlayıb.
Yaponiya Dövlət Universitetində Noriko Arajın başçılığı ilə yığılan heyət zəkalı insna beyninə malik robot yaradıblar. Onların yaratdığı beynin insan beynini əvəz edib etməyəcəyini də araşdırılar.

Yeni yaradılan robot dünyanın tanınmış Tokio Universitetinə daxil ola biləcək zəkaya sahibdir.

Kyodo xəbər agentliyinə danışan Araj:” Əgər bütün toplum gələcəkdəki bir dəyişiklik ehtimalını görürsə, biz də həmin zamana indidən hazır olmalıyıq.” deyə bildirib.

“Bir robot Toki Universitetinə daxil ola bilərmi?” projesi 2011-ci ildən başlayıb.

Ötən il hazırlanan bir robot Yaponiyanın ən çətin universiteti sayılan Tokio Universitetinin suallarını cavablayıb. 50% -ə yaxın nəticə göstəərn robot elm dünyasını çaşdırıb. Çünki bu robotların 2029-cu ildə insan zəkasına tam çatacağı söylənilir.

Emin


Teqlər:  





Xəbər lenti