Bu gun Bakıda duman olacaq

Bu gun Bakıda duman olacaq
  03 Mart 2014    Oxunub:1171
Bu gündən Bakıda havanın temperaturu ötən günlərlə müqayisədə yüksələcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 4-7°, gündüz 8-13° isti, Bakıda gecə 5-7°, gündüz 11-13° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 3-də hava əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman və çiskin olacağı gözlənilir.

Havanın temperaturu Aran rayonlarında gecə 2-7°, gündüz 12-17° isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti